|
ABŞ “Əl-Qaidə” terror təşkilatının rəhbəri Usama ben Ladenin oğlu Həmzə ben Ladenin yerini söyləyənə 1 milyon dollar mükafat verəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun başçısı Maykl Evanoff bildirib.
Evanoffun sözlərinə görə, ABŞ əvvəlcə Həmzəyə qarşı sanksiya tətbiq etsə də, artıq o, Amerika vətəndaşları üçün ciddi təhlükə riski daşıyır.