![]() |
|
Rusiya ABŞ-ın dərinliklərindəki hədəfi vurmaq imkanlarına sahib qeyri-nüvə raketlərini inkişaf etdirir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının rəhbəri general Terrens Şonessi danışıb.
Generalın sözlərinə görə, Rusiyanın “Avanqard” tipli raketlərinin ABŞ-a çatması üçün cəmi 15 dəqiqə tələb olunur.
O, həmçinin “Kalibr”lərin çox yüksək dəqiqliklə hədəfi vurduğunu və şimal sərhədləri üçün təhdid olduğunu qeyd edib.