![]() |
|
Krımın tanınması problemi Rusiya ilə müzakirə edilib, amma Belarus neytral qalmağa üstünlük verib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən Krımı Rusiya ərazisi kimi tanısam, nə dəyişəcək? Biz nə əldə edəcəyik? Gələcəyə baxmaq lazımdır. Putinə mənim vəziyyətimi anladığına görə minnətdaram. Rusiyadakı bəzi adamlar mənə deyirdi ki, əgər siz müttəfiqsinizsə, rusiyayönlüsünüzsə, bunları etməlisən. Mən məcbur olub ictimai şəkildə dedim ki, sakitləşin, bəlkə sizə bu konfliktdə Belarusun bu cür mövqe tutmağı sərfəlidir”, – deyə o bildirib.