|
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa Birliyi (AB) ərazisində "Boinq 737 MAKS 8" və "737-9 MAKS" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.
Axar.az xəbər verir ki, daha əvvəl isə 25 ölkə bu təyyarələrin uçuşlarını dayandırmışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Efiopiyada "Boinq 737 MAKS 8" təyyarəsinin qəzaya uğramasından sonra bəzi ölkələr araşdırmanın yekunlaşmasına və nəticələrin elan olunmasına qədər bu qadağanı tətbiq edib.