|
Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində olmuş təxminən 40 min insan hökumət tərəfindən əfv edilib.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın Milli Barışıq Təşkilatının direktoru Yanoy Haddurun təqdim etdiyi hesabatda deyilib.
“Müvafiq orqanlarda aparılan birgə iş sayəsində Suriya hökumətinə qarşı silah istifadə etmiş təxminən 40 min insan öz statusunu tənzimləyib və bir daha qeyri-qanuni silahlı birləşmələrin sıralarına qoşulmama öhdəliyi götürüb”, - təşkilatın direktoru bildirib.