|
ABŞ-ın Havay ştatında 5,5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, ABŞ Geoloji Araşdırma Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.