|
BMT Təhlükəsizlik Şurası xüsusi nümayəndə Martin Qriffitsin hesabatından sonra Yəmən böhranının həllində geriləmə olduğunu bəyan edib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.
“Heç kim bunun asan olduğunu düşünmürdü”, - deyə BMT baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
Qeyd edək ki, hələ 2018-ci ildə İsveçrədə husilərlə hökumət qüvvələri Yəməndə atəşin dayandırılması ilə bağlı razılığa gəlmişdilər.