|
Venesuelanın Lara ştatının Barkisimeto administrativ mərkəzində Maduro tərəfdarları ilə müxalif qruplar arasında qarşıdurma yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə “El Nasional” məlumat yayıb.
Qarşıdurma mərkəzi xəstəxanada, BMT-nin İnsan Haqları üzrə komissiyasının üzvlərini gözləyən zaman baş verib.
Digər bir məlumata görə, olayda hökumətin silahlı qrupu sayılan “Kollektivos” iştirak edib.
Ərazidə yaranan iğtişaşın qarşısını almaq üçün Milli Qvardiya qüvvələrinin də hərəkətə keçdiyi deyilib.