|
İraq ordusu ilə PKK döyüşçülərinin toqquşması nəticəsində iki iraqlı hərbçi həlak olub.
Axar.az xəbər verir ki, tərəflər arasında konflikt İraqla Suriya sərhədində yerləşən Snuni şəhərində baş verib. Toqquşma nəticəsində həmçinin PKK tərəfindən 2 döyüşçü zərərsizləşdirilib, 3 silahlı isə yaralanıb.
“Rudav” televiziyası isə ölənlərin hamısının PKK-nın tərkibində yer alan Sincarı Mühafizə Dəstəsinin üzvləri olduğunu bildirib.