|
Macarıstan Türk Axını boru xətti vasitəsilə 2021-ci ilin ikinci yarısından etibarən təbii qaz almağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu sözləri “Rossiya 24” televiziyasına açıqlamasında Macarıstanın Xarici İşlər naziri Peter Siyarto deyib.
“Nə qədər çox boru xətti olsa, bir o qədər yaxşıdır. Yeni marşrutlar bizim üçün çox önəmlidir. Buna görə də bolqar və serb həmkarlarımızla əməkdaşlıq edirik. İş təqvimini təsdiqləmək üçün dəfələrlə görüşmüşük. Təxminən 2021-ci ilin ikinci yarısından yeni xətt üzərindən qaz almaq şansımız var”, - deyə Siyarto bildirib.
Qeyd edək ki, Türk Axını təbii qaz boru xətlərindən birinin Türkiyəni, ikincisinin isə cənub və cənub-şərqi Avropa ölkələrini qazla təchiz etməsi nəzərdə tutulur.