|
Mənim təbiətim belədir. Ağır danışıram, soyadım kimi iş görürəm.
Axar.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırım Türkiyədə televiziyalardan birində qonaq olarkən deyib. O öz istəyi ilə bələdiyyə sədrliyinə namizəd olduğunu bildirib:
“Heç kim heç bir şərt altında mənə istəmədiyim bir işi gördürməyib. İstanbul bələdiyyə sədrliyinə namizəd olmağa özüm qərar vermişəm və çox istəkliyəm”.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.