|
Minsk Avropa Birliyi ilə əməkdaşlığını inkişaf etdirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Minskdə Avstriya kansleri Sebastian Kurtsla görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bu əməkdaşlığın yalnız milli maraqlar çərçivəsində genişləndirilməsi gərəkdiyini bildirib:
“Avropanın mərkəzini (Belarus nəzərdə tutulur – red.) AB ilə sıx əməkdaşlıqdan uzaq tutmaq olmaz. Biz bu əməkdaşlığa hazırıq, amma hər zaman milli maraqlar nəzərə alınmalıdır”.
Lukaşenko həmçinin AB-nin zəifləməsi və süqutuna qarşı olduğunu deyib.