|
İşləməsək, nəticə əldə etmək mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bələdiyyə seçkiləri ilə bağlı danışan Ərdoğan bunları qeyd edib:
"Qarşımızda bir zillət ittifaqı, bir xəstəlik ittifaqı var. Bunun qarşısında da Cümhur İttifaqı olaraq bizim güclü olmağımız lazımdır. Bu seçkiləri ittifaqımızın xeyrinə yekunlaşdıraraq, 1 apreldən etibarən Türkiyədə yeni bir günə çıxmağımız lazımdır".