|
İstanbulun Əsənyurd bələdiyyəsindən çoxlu tenderlər almış “Özyurt Mədənçilik İnşaat” şirkəti CHP-nin bu bələdiyyədə qalib olmasından sonra 96 işçisini çıxarıb.
Axar.az xəbər verir ki, işçilərə nə təzminat, nə də bir aylıq maaşları ödənib. Şirkətin rəhbəri Özgür Qarabulud deyib ki, yeni bələdiyyə ilə işləməyəcəklər:
“Təzə bələdiyyənin vəziyyətdən xəbəri yoxdur. Bu firma AKP ilə birlikdə formalaşıb. Martın 15-də firmanın bələdiyyə ilə sazişi bitib. Seçkinin nəticəsini gözləyirdik”.