|
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı zəif və qorxaq göstərir.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqon Post” qəzetində yayımlanan məqlədə qeyd edilib. Salmanın Qaşıqçı cinayəti və bu istintaq çərçivəsində həbs edilənlərlə bağlı ABŞ Konqresindən edilən etirazları diqqətə almadığı bildirilib:
“Tramp ölkə xaricində haqsız şəkildə həbs edilən amerikalıları azadlığa çıxartması ilə fəxr edir. Ancaq ərəb əsilli ABŞ vətəndaşının saxlanılması barədə heç bir şey deyə bilmir. 33 yaşlı Səudiyyə Ərəbistanı vəliəhdi ABŞ prezidentini zəif və qorxaq göstərir”.