Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti misilsizdir. Çünki Avropa Birliyi dünyanın ən nəhəng güclərindən biridir və bu saziş Azərbaycana Avropanı mütəffiq kimi qazandırır.

Bu sözləri Axar.az-a bəzi antimilli dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq strateji sazişə dair əsassız fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib. Bu tərəfdaşlığın Dağlıq Qarabağ probleminin həllinə müəyyən dərəcədə kömək göstərə biləcəyini qeyd edən politoloq sazişin iqtisadi əhəmiyyətindən də danışıb:

“Azərbaycanın nefti, qazı yüksək qiymətlə Avropa bazarlarına çıxarılır, Azərbaycan da Avropadan nanotexnologiyalarına uyğun müxtəlif materiallar alır. Əvvəllər tərəfdaş olmayan ölkə kimi Azərbaycan bu malları daha baha qiymətə alırdı. Tərəfdaşlıq sazişindən sonra isə alınan mallar ölkəmiz üçün xeyli ucuz qiymətə başa gələcək”.

Qabil Hüseynli onu da bildirib ki, tərəfdaşlıq sazişi Azərbaycan vətəndaşlarına Avropa ölkələrinə vizasız gediş-gəlişi üçün imkan yarada bilər:

“Aİ ilə tərəfdaşlıq sazişi vətəndaşlarımıza Avropa ölkələrinin hər hansı birinə viza almadan səyahət edə bilmək imkanı da qazandıra bilər. Doğrudur, vizasız gediş-gəliş hələ tam dəqiqləşdirilməyib, amma düşünürəm ki, bu, sazişdə öz əksini tapmalıdır. Nəticə etibarı ilə Azərbaycan və Avropa ölkələri arasında tərəfdaşlıq sazişi getdikcə təkminləşərək NATO və digər böyük təşkilatlara üzvlüyə yol aça bilər. Bu da Azərbaycanın mövqelərini xeyli möhkəmləndirə, onun daha sürətlə inkişafına təminat verə bilər. Bununla da, ərazi bütövlüyünün təmin edilməsində özümüzə yeni daha güclü tərəfdaşlar və müttəfiqlər tapmış olarıq”.

29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı
28 Aprel 2025 ABŞ Yəmənə zərbə endirdi - 30 ölü, 50 yaralı
28 Aprel 2025 Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
28 Aprel 2025 Dünyanın gözü bu gərginlikdə: Türkiyə Pakistana 6 təyyarə dolusu SİLAH GÖNDƏRDİ
28 Aprel 2025 İsrailli generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik
28 Aprel 2025 Makronun mühafizə rəisi “Qırmızı Bülleten”lə axtarışa verildi - ŞOK
28 Aprel 2025 Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
26 Aprel 2025 Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
26 Aprel 2025 Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Xəbər lenti