|
Yunanıstan Baş naziri Aleksis Çipras Türkiyənin Egey dənizinəki fəaliyyəti ilə bağlı hesabatı ABŞ-a təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə rəsmi Afina məlumat yayıb. Məlumata əsasən, Çipras amerikalı senator Bob Menendezlə görüşüb.
"Yunanıstan və ABŞ arasında təhlükəsizlik, müdafiə, iqtisadiyyat sahəsində strateji əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi, investisiyaların cəlb olunması kimi məsələlər müzakirə olunub", - xəbərdə qeyd edilib.
Diplomatik mənbələrin verdiyi digər məlumata görə isə Türkiyənin Egeydəki fəaliyyəti ilə bağlı Menendezə geniş hesabat təqdim edilib.