|
Rusiya Slovakiyada nüvə silahının olacağı ABŞ hərbi bazalarının yerləşdirilməsi bəyanatını təxribat kimi qəbul edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. O bunun NATO-Rusiya razılaşmasına zidd olduğunu bildirib. Qruşko bu razılaşmanın nüvə silahı olmayan ölkələrdə nüvə silahının yerləşdirilməsini qadağan etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə slovakiyalı siyasətçi Peter Marçek ABŞ-ın Slovokiyada hərbi baza açacağını və burada nüvə silahı yerləşdirəcəyi haqqında məlumat yayıb.