|
Yaxın zamanlarda Ermənistan Xarici İşlər Nazirliyi bir sıra ölkələrdə fəaliyyət göstərən səfirləri və diplomatları istefaya göndərəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Past” yayıb. Qəzet xaricdəki bir sıra səfirlərə yeni hökumətin öz sələflərinin nümayəndəsi kimi baxdığını və onları daimi olaraq sabotaj yaratmaqda ittiham etdiyini bildirib. Artıq Paşinyanın Ermənistan xarici işlər nazirindən arzuolunmaz diplomatların siyahısını tələb etdiyi vurğulanıb:
“Paşinyan öz komandasındakı adamlarına bu şəxslərin yerinə yeni namizədlər tapmağı tapşırıb. Mənbəmizin bildirdiyinə görə, yeni səfirlərin kastinqi ilə Paşinyanın mətbuat katibi Vladimir Karapetyan məşğuldur”.