|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərdən danışıb.
Teleqraf.com xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin keçmiş baş nazir Binəli Yıldırım olduğunu açıqlayıb.
Prezident məsələ ilə əlaqədar müttəfiqi, MHP lideri Dövlət Bağçalı ilə telefonla danışdığını və namizəd məsələsini razılaşdırdıqlarını bildirib.
Seçkilərdə iştirak edəcək CHP-nin namizədi isə Əkrəm İmamoğludur.