|
Vaşinqton bundan sonra da Kuba və Venesuela münasibətlərinə əngəl olacaq.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter hesabında yazıb.
Boltonun sözlərinə görə, Venesuela xalqı azadlıq uğrunda çıxış etməyə başlayanda Kubanın bu ölkəyə təsirinə son qoyulacaq.
“ABŞ Kuba və Venesuela arasındakı əlaqələri qırmağa davam edəcək”, - Bolton bildirib.