|
Rusiyanın ən yaşlı sakini vəfat edib.
Axar.az xəbər verir ki, İnquşetiyadan olan Appaz İliyev 123 yaşında dünyasını dəyişib.
İnstaqram hesabında onun ölüm xəbərini yayan İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov İliyevin dəyişən nəsil və dövrlərdə yaşadığını bildirib:
“O, 8 övlad, 35 nəvə və 20-dən çox nəticə sahibi idi. Şəxsən görüş zamanı onun mehriban, həyatı sevən qoca olduğuna əmin oldum”.