|
S-300 HHM sistemləri Ukraynanın sayəsində ABŞ poliqonunda ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Məlumdur ki, Poroşenkonun prezidentliyi dövründə Ukrayna və ABŞ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair gizli proqram çərçivəsində Ukrayna tərəfi amerikalı hərbçilərə aralarında S-300-lərin də olduğu sovet hərbi texnikası nümunələrinə baxış imkanı yaradıb”, - Korotçenko bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin bu anlaşma çərçivəsində S-300-ləri ABŞ-a göndərməsi istisna deyil.
“Köhnə üçyüzlər” ötən əsrin 80-ci illərinin nümunələrini təmsil edir və buna görə də rus silahları barəsində aktual gizli məqamları özündə əks etdirmir”, - deyə, Korotçenko S-300-ün sirlərinin açılmasının Rusiyaya ziyan verməyəcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ-dakı poliqonlardan birində çəkilmiş peyk görüntülərində S-300 sistemlərinin aşkar edilməsi Rusiyada geniş müzakirə mövzusuna çevrilib.