|
Avropa Birliyi Suriyaya qarşı sanksiyaları 2020-ci ilin iyununa qədər uzadıb.
Axar.az xəbər verir ki, bu məlumatı Avropa Birliyinin Şurası yayıb. Sanksiyaların saxlanılmasına səbəb Suriya hökumətinin vətəndaş cəmiyyətinə qarşı davamlı repressiyaları göstərilib.
Qeyd edək ki, hazırda AB-nin qara siyahısında 270 Suriya vətəndaşı və 70 Suriya şirkətinin adı yer alıb.