|
Ukraynada dekommunizasiya faktiki olaraq başa çatıb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Son 5 ildə ölkəmizdə dekommunizasiya başa çatıb, kommunist ideologiyası qadağan edilib. Kommunist terrorunun faciəsindən gələcəkdə dərs çıxarılmalıdır. Ukrayna torpaqlarında “Rus dünyası”nın yenidən canlandırlıması cəhdlərinə qarşı etibarlı qorunma olmalıdır”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, mayın 20-də yeni Prezident Vladimir Zelenskinin inauqurasiya mərasimidir.