|
ABŞ Çinin “Huavey” şirkətinə qarşı başladılmış kampaniyaya qoşulması üçün Cənubi Koreyaya dəfələrlə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə “Çoson İlbo” nəşri yazıb.
“ABŞ müxtəlif diplomatik kanallar vasitəsilə “Huavey” şirkətinin məhsullarından istifadənin təhlükəsizlik problemləri yarada biləcəyi ilə bağlı Xarici İşlər Nazirliyimizə müraciət edib”, - Cənubi Koreyanın diplomatik mənbələrindən nəşrə bildirilib.