|
Yunan hökuməti Brüsselə təqdim etdiyi statistik hesabatları saxtalaşdırıb.
Axar.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib. O, məhz belə məlumatlar sayəsində Afinanın 2001-ci ildə Avrozonaya daxil olduğunu bildirib:
“Ölkəni Avrozonaya qəbul etməzdən əvvəl öncəki dövrlərə nisbətdə diqqətli yoxlamalar aparılmalıdır. Avrozona etibarlı olmalıdır, əks təqdirdə ona heç kim inanmayacaq. Yunanıstanla bağlı məsələdən sonra Avropa öz səhvlərindən dərs çıxarmağa başladı və indi AB-yə daxil olan hər ölkəni Avrostat tam yoxlaya bilər”.