|
Fransanın millətçi Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Lion şəhərində baş verən partlayışı terror aktı adlandırıb.
Axar.az xəbər verir ki, partiya lideri olayda zərərçəkənlərə dəstəyini ifadə edib.
“Lion şəhərində partlayışda xəsarət alanlara öz dəstəyimi bildirirəm. Bu terror aktı tamamilə aydınlaşdırılmalıdır”, - deyə Le Pen bildirib.
Qeyd edək ki, son məlumata görə, Lion şəhərində baş verən partlayışda 13 nəfər yaralanıb.