|
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə 1500 əsgər göndərilməsi barədə qərarının təfərrüatı məlum olub.
Axar.az xəbər verir ki, sözügedən məsələ barədə danışan ABŞ Baş Qərargah rəhbərinin müavini Mişel Qildey İrana qarşı göndəriləcək hərbçilərin kəşfiyyat aparacağını bildirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının general-leytenantı Kennet Makkenzi də mətbuat konfransında hərbçilərin bölgədəki pilotsuz təyyarələr, 4 "Patriot" batareyasından ibarət 1 taborun idarə edilməsini gücləndirəcəyini vurğulayıb.
Bəyan edilib ki, növbəti həftə hərbçilərin Yaxın Şərqə göndərilməsi prosesi yekunlaşacaq.
Qeyd edək ki, ötən gün ABŞ lideri Donald Tramp Yaxın Şərqə 1500 hərbçinin göndərilməsi barədə qərar verib.