|
Cəbəllütariq boğazında İran tankerinin tutulması əla xəbərdir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter səhifəsində yazıb.
“Əla xəbər: Böyük Britaniya Avropa Birliyi (AB) sanksiyalarını pozan və İran nefti ilə yüklənmiş Suriyaya gedən “Qreys 1” tankerini ələ keçirib”, - Bolton bildirib.
O əlavə edib ki, ABŞ və müttəfiqləri Dəməşq-Tehran ticarətinə mane olmaqda davam edir.
Qeyd edək ki, İran tərəfi sözügedən tankerin saxlanılması olayına görə Britaniya səfirini XİN-ə çağıraraq etirazını bildirib.