|
Almaniyanın Köln şəhərində yerləşən Çorveyler məscidinə naməlum şəxslər hücum edib.
Axar.az xəbər verir ki, 3 nəfər Dəyanət İşləri Türk-İslam Birliyinin nəzdindəki məscidə daxil olaraq içəridəki yardım qutularını qırıb, inzibati otağa maddi zərər vurub.
Qeyd edilir ki, həmin şəxslərin hücum görüntüləri müşahidə kamerası tərəfindən lentə alınıb.
Hücumla bağlı istintaq başladılıb.