|
ABŞ Yaxın Şərqdəki ölkələrə silah satmağa son verməlidir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında bildirib.
İranlıların raket proqramı ilə bağlı müzakirə aparmağa hazır olduğunu deyən Zərif bunları qeyd edib:
"Səddam 8 il ərzində şərq və qərbdən ona verilən raket və bombaları üzərimizə yağdırdı. O şərtlərdə heç kəs özümüzü müdafiə etmək üçün bizə silah satmadı. Öz müdafiə vasitələrimizi istehsal etməkdən başqa heç bir variantımız yox idi. İndi isə şikayət edirlər. ABŞ problem yaratmaq əvəzinə silah satışını sona çatdırmalıdır".