|
F-35 alışı ilə bağlı müqavilə uğursuzluğa düçar olacağı halda Türkiyə təxminən 9 milyard dollar zərər görəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin müavini Ellen Lord danışıb.
Onun sözlərinə görə, müqavilə ilə bağlı uğursuzluq Ankara üçün iş yerlərinin və bir sıra iqtisadi cəhətdən faydalı razılaşmaların itirilməsinə səbəb olacaq.