|
İran nüvə sazişini tərk etməyəcək, şərtlərə əməl edilməsi səviyyəsi isə partnyorlarımızın fəaliyyətindən asılı olacaq.
Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif deyib.
“Digər tərəflərin müddəalara riayət etməsi səviyyəsindən asılı olaraq biz də öhdəliklərimizin icrası səviyyəsini yüksəldə və ya aşağı endirə bilərik”, - Zərif bildirib.