|
Uyğurların islama etiqadı könüllü seçim olmayıb.
Bu, dini savaşın nəticəsidir.
Axar.az xəbər verir ki, bu məlumat Çin Dövlət Şurasının Mətbuat Xidmətinin yayımladığı “Ağ kitab”da yer alıb.
“Sintszyana islamın müdaxiləsi ərəb xilafətinin çiçəklənməsi və islamın Qərbdən Şərqdən yayılmasıyla əlaqədardır. Uyğurların islama müraciəti xalqın könüllü seçimi yox, dini savaşların və hakim sinfin məcburiyyətinin nəticəsi olub”, – deyə o bildirib.
Pekin uyğurların müsəlman olmasının onlara qarşı hörməti azaltmadığını, amma deyilənlərin tarixi fakt olduğunu bəyan edib.
“Ağ kitab”da həmçinin uyğurların böyük hissəsinin hələ də başqa dinlərə etiqad etdiyi bildirilib.