Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

 

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərində http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti