ABŞ-İran-Ermənistan üçbucağında nə baş verdiyini, ən əsası isə nə baş verəcəyini anlamaq üçün qarşıya belə bir sual qoyulmalıdır:

İrəvanın yeni rəhbərliyinə kim daha yaxındır – Vaşinqton, yoxsa Tehran? Kimdən daha çox ehtiyat edir? Bu suala cavabdan sonra hər şey öz yerinə oturacaq.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanın Birləşmiş Ştatların təzyiqlərinə baxmayaraq, İran İslam Respublikası ilə yaxınlaşması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür çətin vaxtda İran artıq əlaqələri mövcud olan tərəflərlə əməkdaşlıq etməli olur, çünki ABŞ-ın bu ölkəyə qarşı artan təzyiqini nəzərə alanda partnyor seçimi üçün elə də çox şans qalmır.

“İran yaxınlıqda yerləşir, buna görə də təbii olaraq iqtisadi münasibətlər qurulur. Üstəlik, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvdür və İran da bu təşkilatla maksimal şəkildə - azad ticarət zonasına qədər yaxınlaşıb. Bundan əlavə, İran da Nikol Paşinyanın dövründəki ilə əvvəlki Ermənistan arasında fərqlərin olduğunu anlayır. Məsələn, Ermənistan ərazisində ABŞ bioloji laboratoriyalarının şəbəkəsi getdikcə genişlənir və bu fonda artıq heç kəs zəmanət verə bilməz ki, layihələr, bu divarlar arxasındakı “məhsullar” bu və ya digər region ölkələrində yayılmayacaq.

Yaxın günlərədə bu təşkilatların praktik tədqiqatlarının əsas siyahısına daxil edilmiş entsefalit gənələri barədə məsələ qaldırılıb. Gənələrə isə Ermənistan, ya İran fərqi yoxdur, onlar sərhəd tanımırlar. Buna görə də İrəvan çətin ki, İranla uzunmüddətli əməkdaşlığa ümid edə bilsin. Belə ki, Tehran Ermənistan daxilindəki siyasi dəyişiklikləri diqqətlə izləyir və qiymətləndirir. Bu dəyişikliklər nə Tehranda aydın şəkildə anlaşılır, nə də Rusiyada”, - ekspert bildirib.

Trofimçuk nə vaxtsa Ermənistan-İran sərhədinin məhz İran tərəfindən bağlanılacağını da istisna etməyib.

Politoloqun fikrincə, Ermənistandakı istehlakçılar üçün rus qazının qiyməti məsələsində hər hansı bir sensasiya gözləmək olmaz. Bu tarif bir sıra daxili və xarici şərtləri nəzərə alanda Ermənistan və Rusiya istehlakçıları üçün eyni şəkildə artacaq.

“Rusiya öz vətəndaşlarının zərərinə burada tarazlığın pozulmasına icazə verə bilməz. Üstəlik, Rusiya hələ də Paşinyan hökumətinin yekun məqsədini anlamır. Ermənistan yalnız Vaşinqtondan birbaşa və birmənalı şəkildə arzu ediləcəyi halda rus qazından imtina edərək İran qazına keçə bilər. Daha sonra isə Ermənistan üçün İran qapısı da bağlanacaq. Hələlik isə İran-Ermənistan münasibətlərinin strateji gələcəyini görə bilməyən Tehran taktiki planda hazırkı mərhələdə edə biləcəklərini tətbiq edir”, - rus politoloq bildirib.

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti