|
Ukrayna Ali Radasına keçirilən seçkilərin nəticələri göstərir ki, Avropa ciddi problemlə üzləşə bilər.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Velt” nəşri məlumat yayıb.
Bildirilir ki, Prezident Vladimir Zelenskinin rəhbərlik etdiyi Xalqın Xidmətçisi Partiyasına səs verənlər arasında Rusiya ilə münasibətlərin yaxınlaşmasını istəyən xeyli ukraynalı var.
Alman nəşri bu istəyin həyata keçəcəyi təqdirdə qoca qitənin böyük problemlərlə üz-üzə qalacağını iddia edib.
Qeyd edək ki, Ukraynada 21 iyulda növbədənkənar parlament seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən, Zelenskinin partiyası 42,31%, Müxalif Platforma 12,79%, Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 8,7%, Batkivşina 8,09%, Səs Partiyası 6,39% səs toplayıb.