|
Rusiya, İran və Türkiyə liderləri avqustun sonunda bir araya gələcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan məlumat verib.
Caqaryan avqustun əvvəllərində sözügedən ölkələrin XİN rəhbərlərinin Nur-Sultanda bir araya gələcəyini, daha sonra - ayın sonunda isə Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın Suriya probleminin həlli ilə bağlı Türkiyədə zirvə görüşü keçirəcəyini qeyd edib.