Əgər ABŞ-ın İranla qarşılıqlı münasibətləri hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman amerikalıların güvənə biləcəyi yeganə ölkələr – Böyük Britaniya və Səudiyyə Ərəbistanıdır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, konfliktologiya sahəsində mütəxəssis Yevgeni Mixaylov Vaşinqtonun Yaxın Şərqdəki ənənəvi müttəfiqi Türkiyə ilə münasibətlərinin pozulması fonunda Pentaqonun İrana hücum üçün Azərbaycana arxalanmasına dair İrəvanda yayılan fərziyyələrə münasibət bildirərkən deyib.

“Erməni “ekspert”lərin yazdığı kimi ABŞ arxalanmalı olmayacaq. Bakı nə üçün öz ərazisini İrana zərbə endirilməsi üçün təqdim etməlidir? Bu absurd və anlamsızdır”, - Mixaylov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan İranla konfliktə girməyəcək. Üstəlik tamamilə aydındır ki, rəsmi Bakı Türkiyə və Rusiyanın da maraqlarına zidd hərəkət etməyəcək. Çünki bu cür addım sözügedən ölkələr üçün, yumşaq şəkildə desək, “dostcasına olmayan” addım kimi görünəcək. Bu fikirlər dırnaqarası ekspertlər tərəfindən bilərəkdən yayılır.

“Biz başa düşürük ki, İrana hava zərbəsi endirilməsi üçün ən münasib ərazi kimi Gürcüstan və tamamilə Qərbə tərəf çevriləcəyi halda Ermənistanı göstərmək olar. Qoy İrəvanın yeni rəhbərliyi sədaqət və strateji tərəfdaşlıq barədə sözlərini Ermənistanda baş verənləri anlamayanlara saxlasın”, - ekspert bildirib.

Sonda ekspert vurğulayıb ki, Bakı özünün bloklarsız mövcudluq strategiyasını izləyir.

“İrəvan titrəyir, siyasi cəhətdən stabil deyil, Bakı isə heç bir hərbi-siyasi bloka qoşulmamaqla bağlı qəti mövqeyə sahibdir. Bu, daha düzgündür”, - politoloq bildirib.

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti