18:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gədəbəy rayonuna gəlib.

Report xəbər verir ki, B.Ərdoğan Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında iştirak edir.

B.Ərdoğan Kənd Təsərrüfatı naziri İnam Kərimovla birgə festivalın rəmzi lentini kəsib.

Xatırladaq ki, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə bu gün ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilir.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə təşkil olunur.

Festivalın keçirilməsində Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd–Miskinli yaylağında, unikal konsepsiya əsasında keçirilən Milli Yaylaq Festivalına yerli iştirakçılar və turistlərlə yanaşı, xarici ölkələrdən çoxsaylı fəxri qonaqlar da qatılıb.

***

Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq.

Bunu Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalında çıxışı zamanı deyib.

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan B.Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib.

O, əlavə edib ki, Azərbaycan xüsusi ilə idman, mədəniyyət və digər sahələrdə çox vacib tədbirlərə ev sahibliyi edib: "Xeyli vaxtdır ki, Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın milli idman oyunlarının təbliği və inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətə başlamışıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə danışıqlarımız da olub. İnanıram ki, bugünkü festival milli idman oyunlarının inkişaf etdirilməsinə böyük dəstək olacaq. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər mədəniyyətimizə sahib çıxmasaq, düşmənlərimiz bizi məğlub edər. Hər bir xalq özünün mədəniyyətini, milli oyunlarını yaşatmaq və inkişaf etdirmək hüququna malikdir. Milli Yaylaq Festivalı Azərbaycanda milli idman oyunlarının inkişaf etdirilməsinə, təbliğinə və gələcək nəsilə ötürülməsinə böyük töhfə verəcək. Bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya Etnospor Konfederasiyası olaraq Azərbaycanın idman sahəsində fəaliyyət göstərən bütün qurumları ilə çalışmağa hazırıq".

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti