Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dörd nəfərdən ibarət oğru dəstə saxlanılıb.

 

DİN-dən Axar.az-a verilən məlumata görə araşdırmalarla onların Lerik rayonu sakinləri 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvlərin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olub, orada pul və tütün məmulatları oğurlayıblar. Daha sonra oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər.

Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etmələri araşdırılır.

30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış
29 Aprel 2025 Asiyada gərginlik ARTIR: Hindistandan Pakistana ŞOK QADAĞA
29 Aprel 2025 Ərdoğan İtaliyaya getdi
29 Aprel 2025 Köçəryandan İLGİNC açıqlama: Müharibənin dayandırılmasını istədim, amma…
29 Aprel 2025 İmamoğlu həbsdə qalsa, prezident bu şəxs olacaq - ŞOK İDDİA
29 Aprel 2025 Vatikanda ələ salınan Ermənistan prezidenti - İrəvanın gözləntisi
29 Aprel 2025 İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz - Ərdoğan
29 Aprel 2025 Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı
28 Aprel 2025 Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək
28 Aprel 2025 Kim Çen In: “Əsgərlərimiz Kurskda qəhrəmanlıq hekayələri yazdılar”
28 Aprel 2025 İrandakı partlayışda ölənlərin sayı artdı

Xəbər lenti