|
Honkonqda bəzi siyasi tələblər adıyla genişmiqyaslı iğtişaşlar törədilir.
Axar.az xəbər verir ki, bunu Honkonq administrasiyasının rəhbəri Kerri Lem şəhərdə yaşanan nəqliyyat kollapsını şərh edərkən deyib.
Onun sözlərinə görə, etirazçıların fəaliyyətləri xalqı çox çətin situasiyaya itələyir. Lem Honkonq hökumətinin qəti formada bölgədə qanun və nizamı qorumaq niyyətində olduğunu bildirib. O, artıq xaosa yox deməyin zamanının çatdığını vurğulayıb.