|
ABŞ və Taliban Dohadakı danışıqlarda Əfqanıstanda sülh, ABŞ ordusunun bu ölkədən çıxarılmasıyla bağlı bütün fikir ayrılıqlarına son qoyublar.
Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, Talibanla ABŞ-ın görüşündə Əfqanıstan hökumətinin nümayəndələri iştirak etməyib.
Qeyd edək ki, bu, ABŞ-la Taliban arasında gedən danışıqların 8-ci raundu olub.