|
Hindistanın keçmiş xarici işlər naziri Suşma Svarac 67 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu məlumatı ANİ agentliyi yayıb. Onun dünyasını dəyişməsi səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Svarac Hindistan XİN-nə 2014-cü ildən 2019-cu ilin mayına qədər rəhbərlik edib. Məhz onun dönəmində Dehlinin ABŞ-la yaxınlaşması prosesi yaşanıb.