|
ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasının səbəblərindən biri Çinin bu müqavilə ilə qadağan olunan çoxlu sayda raketə sahib olmasıydı.
Axar.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Məncə siz Müdafiə naziri Mark Esperin ABŞ-ın Uzaq Şərqdə yaxın və orta mənzilli raketlər yerləşdirmək istəməsi məsələsiylə bağlı şərhindən danışırsınız. Bu ona görədir ki, Çinin artıq bu cür minlərlə raketi var. Onlar bu razılaşmanın iştirakçısı deyildilər, ona görə də bu cür raketlərə müstəqil formada sahib olmağı bacarırdılar”, – deyə o bildirib.