|
Soçidə 14 avqustda baş tutması planlaşdırılan Rusiya-İran-Azərbaycan sammiti texniki səbəblər ucbatından təxirə salınıb.
Axar.az xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəsmi nümayəndəsi Pərviz İsmaili deyib.
Onun sözlərinə görə, görüş daha uyğun məqamda keçiriləcək.
Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da sammitin texniki səbəblər ucbatından təxirə salındığını demişdi.