|
Gürcüstan Rusiyadan iqtisadi asılılığını azaltmalıdır.
Axar.az xəbər verir ki, bunu Fransadakı MEDEF beynəlxalq forumunda çıxışı zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. Onun sözlərinə görə, Tiflis Qərb istiqamətində hərəkət edir və Moskvanın təsirini minimallaşdırmalıdır:
“Biz gərək Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün maksimum səy sərf edək. Dövlətin daha çox Avropa investisiyasına ehtiyacı var”.