|
Bir neçə illik gecikmə ilə də olsa, 2023-cü il hədəflərimizə çatacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər bayramı ilə bağlı keçirilən tədbirdəki çıxışında deyib.
“Bizlər istər Dəclə, istərsə də Fəratın şərqində quzularımızı qurdlara yedirtməyəcəyik. Demokratiyada və iqtisadiyyatda ən güclü Türkiyə idealı üçün aparılan mübarizəmizin simvolu rabiamızdır. Heç kimin torpağında gözümüz yoxdur, amma bizə uzanan əllərə də səbir göstərməyəcəyik”, - deyə dövlət başçısı bildirib.