![]() |
|
İsrail və Rusiya arasında mövcud geosiyasi maraqlar səbəbindən fikir ayrılıqları açıq şəkildə büruzə verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya ilə Tehran arasındakı sıx əlaqələrdən narazı olduğunu bəyan edib.
Netanyahu qeyd edib ki, iki ölkənin maraqları üst-üstə düşmür və bəzi hallarda kəskin ziddiyyət təşkil edir:
“Rusiyanın öz maraqları var, İsrail dövlətinin isə öz. Onlar həmişə üst-üstə düşmür və bəzi hallarda bir-biri ilə ziddiyyət təşkil edir. Biz Rusiyanın İranla əməkdaşlığına, həmçinin İsrailə qarşı yönəlmiş, açıq-aşkar antisemitizm təzahürləri ilə müşayiət olunan şəbəkə və bot-kampaniyaların mövcudluğuna qarşıyıq. Biz bütün bu məsələləri açıq şəkildə qaldırırıq.”
Baş nazir Rusiya rəhbərliyi ilə təmaslarından danışıb. O bildirib ki, zərurət yarandığı təqdirdə Putinlə danışır.
Netanyahu həmçinin Tehranın qlobal ambisiyalarına diqqət çəkərək Rusiyanın öz daxilində də təhlükə ilə üzləşə biləcəyini vurğulayıb:
“Rusiyanın özündəki müsəlman əhalinin sayını nəzərə alsaq, İran bu qrupları da öz agentlərinə çevirmək istəyəcək. Çünki İranın dünyanı fəth etməklə bağlı ağlasığmaz ideyaları var.”